Ağstafada iki nəfəri “tok” vurdu: biri öldü, digəri yaralandı

Ağstafada iki nəfəri elektrik cərəyanı vurub.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Tiflis dəmiryol xəttinin Ağstafa rayon ərazisindən keçən hissəsində təmir işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində Ağdaş rayon sakini, ərazidə iş görən 1980-ci təvəllüdlü Daşqın Mustafayev ölüb. Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Həsənov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *