Bakıda zəncirvari yol qəzası baş verib

Bakıda zəncirvari yol qəzası baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, qəza hava limanına gedən yolda qeydə alınıb. Belə ki, qəzada dörd avtomobil – “Lexus”,“Mercedes-Benz”, “VAZ-2106” və “Volkswagen” markalı avtomobillər toqquşub.

“Volkswagen” markalı “99-HT-985” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü İbrahim Nağıyev deyib ki, qəza sıxlıq zamanı baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya “VAZ-2106” markalı avtomobilin sürücüsü səbəb olub.

Qəzada xəsarət alan olmasa da avtomobillər ziyan dəyib. Hadisə yolda tıxaca səbəb olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *