Ağcabədi sakinindən silah-sursat götürülüb

Median.Az xəbər verir ki, Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 13-də Bala Bəhmənli kəndi ərazisində, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildən nömrəsi silinmiş “Makarov” markalı tapança, patron darağı, 3 ədəd patron, uzaqgörmə cihazı və 2 ədəd bıçaq aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *