Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini – 1983-cü il təvəllüdlü Abdullayev Qalib Malik oğlu həmin ünvanda tanımadığı naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *