Qonşu ölkə yenə “silkələndi”

İranın İsfahan vilayətinin Semirom rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Median.Az trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ rayonun Vənək şəhərinin 9 kilometrliyində 8 km dərinlikdə qeydə alınıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *