Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişinin ayaqları kəsildi

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuator avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində evakuatorda olan Gəncə şəhər sakini, 1980-cı il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır xəsarətlər alıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişinin hər iki qıçı amputasıya olunub.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *