Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının IV turunda baş verən hadisələr müzakirə olunub.

“Sumqayıt” – “Zirə” matçında hər iki komandanın bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə klublar 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” və “Keşlə” – “Səbail” görüşlərində bütün komandaların dörd futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün bu dörd klub 800 manat cərimə ödəyəcək.

“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.

Qeyd edək ki, bu, “Qarabağ”ın ikinci belə cəzasıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *