Masallı və Göyçayda mal-qara oğurlayan şəxslər tutulub

Median.Az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də rayon sakini X.Əliyevə məxsus yardımçı təsərrüfatdan 6 baş qoyun oğurlayan rayon sakinləri M.Məstiyev və F.Abdullayeva saxlanılıblar.

Araşdırma zamanı, onların rayon sakini Ə.Səmədova məxsus həyətyanı sahədən 6 baş qoyun oğurlamaları məlum olub.

Bundan başqa, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Veysəlli kənd sakini İ.Rəsulova məxsus 3 baş inəyi kəndin otlaq sahəsindən oğurlayan həmkəndlisi S.Rüstəmov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *