Bakıda evdən 6 min manatlıq qızıl əşyalar oğurlayan 2 nəfər saxlanılıb

Bakıda evdən 6 min manatlıq qızıl əşyalar oğurlayan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini E.Qəhrəmanov və Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – C.Xəlilov və N.Musayev saxlanılıb.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *