Xırdalanda 7 yaşlı uşağı maşın vurub

Abşeron rayonunun Xırdalan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə “Köhnə bazar” adlanan yerdə qeydə alınıb.

2012-ci il təvəllüdlü Cavadzadə Nihad Rəşad oğlu evlərinin yanında yoldan keçərkən onu maşın vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *