Siyəzəndə 9 yaşlı uşağı avtomobil vurub

Siyəzən rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Hüseynov Polad Həsənxan oğlu rayonun Gənclik qəsəbəsində piyadalar üçün nəzərdə tutulan yoldan keçərkən onu maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *