Bakıda 46 yaşlı kişi yoxa çıxdı

Bakıda 46 yaşlı kişi itkin düşüb.

Ötən gün paytaxtın Nərimanov rayonu, Həsənoğlu küçəsində yaşayan Nağıyev Müsəllim Məmməd oğlu hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

O bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu, 1973-cü il təvəllüdlü Rəşad Nağıyev avqustun 26-da, saat 09:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *