Nərimanov polisi dələduzluq edən şəxsi saxlayıb

Median.Az xəbər verir ki, Nərimanov RPİ-yə müraciət edən Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə bu ilin iyul ayında Firdovsi adlı şəxsin aldadaraq, onlardan ümumilikdə 34500 manat pul aldıqlarını bildiriblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.

Araşdırma zamanı onun 2013-cü ilin oktyabrında paytaxt sakini olan qadını aldadaraq, ona məxsus 5000 manat pulunu alması müəyyən edilib.

Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *