Bakı-Quba yolunda “Hyundai” və “Mercedes” toqquşub, 2 nəfər ölüb

Median.Az xəbər verir ki, sentyabrın 19-u saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsində, Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və F.Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini K.Atayev hadisə yerində ölüblər, özü isə xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *