Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Hadisə şəhərin Frunzen rayonunda 04:30 radələrində baş verib.

Davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib.

Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. Saxlanılanlar var.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *