Nazirlik Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 20-də saat 12 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Gəncə şəhər sakini Ü.Şabanov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, Gəncə şəhər sakini Asif Cəfərov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *