Bərdədə güclü külək elektrik təsərrüfatına ziyan vurub

Bərdə rayonunda güclü külək başlayıb.

Median.Az report-a istinadən xəbər verir ki, axşam saatlarından başlayan külək ilk olaraq elektrik təsərrüfatına ziyan vurub.

Təbii hadisə ilə əlaqədar bir neçə kəndə enerjinin verilişi dayandırılıb. Şəhər mərkəzinin bəzi küçələri işıqsız qalıb.

Küləyin vurduğu ziyan araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *