Sükan arxasında sürücünün ürəyi dayandı

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Рadisə Salyan-Neftçala avtomobil yolunda qeydə alınıb.

Rayon sakini, 1980-ci il təvəllüdlü Əliyev Elçin Oqtay oğlu idarə etdiyi “VAZ 21010” markalı avtomobillə hərəkətdə olarkən, ürək tutmasından sükan arxasında ölüb.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *