Hacıqabulda sərnişin avtobusu minik avtomobilinə çırpıldı: xəsarət alan var

Hacıqabulda sərnişin avtobusu minik avtomobilinə çırpıldı: xəsarət alan var

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusunun qarşıda gedən “Toyota” markalı avtomobilə çırpılması nəticəsində, minik maşınında olan Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mirzəyeva Almaz Qədir qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *