Həftəsonu paytaxtda ağac “soyqırımı”

Həftəsonu paytaxtda hökm sürən güclü külək 40-a yaxın ağaca ziyan vurub.

Bununla bağlı Oxu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

O bildirib ki, 15 ağac kökündən qopub, 25-ə yaxın ağacın isə budaqları sınıb:

“Artıq aşan ağaclar ərazilərdən götürülərək, təmizlik işləri aparılıb. Eyni zamanda, güclü külək nəticəsində 50-dən çox ağac əyilərək, ətraf üçün təhlükəli vəziyyətə düşüb. Hazırda bununla bağlı işlər aparılır”.

Orxan Məmmədov qeyd edib ki, bütün rayonlarda ağac aşmaları baş verib:

“Amma üstünlük daha çox Nəsimi və Yasamal rayonlarındadır. Belə ki, bu iki rayonda ağac aşmaları digərlərinə nisbətən çox olub”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *