Ağsuda avtomobil körpüdən aşıb

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şamaxı-Ağsu-İsmayıllı avtomobil yolunun Ağsu çayı üzərindən keçən körpüdə qeydə alınıb.

Belə ki, “Ford” markalı minik maşını idarəetmədən çıxaraq Ağsu çayına düşüb. Nəticədə avtomobildə olan 2 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *