Kürdəmir sakininin avtomobili qarət olunub

Kürdəmir rayonunda avtomobildən oğurluq edilib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mollakənd ərazisində qeydə alınıb.

Kürdəmir rayon Axtaçı kənd sakini 40 yaşlı Nağıyev Hakim Yavər oğlu “Toyota” markalı avtomaşınını Mollakənd ərazisində saxlayaraq rayona gedib.

Sürücü geriyə qayıdarkən maşının şüşəsinin sındırıldığını və avtomobilin qarət olduğunu görüb. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *