Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Qeorqiyeva olub

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Şurası maliyyə təşkilatının direktoru vəzifəsinə Kristalina Qeorqiyevanın namizədliyini təsdiq etmək barədə qərar qəbul edib.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şuranın müşavirəsinin nəticəsinə əsasən yayılmış açıqlamada bildirilir.

“Beynəlxalq Valyuta Fondunun İcraçı Şurası bu gün Kristalina Qeorqiyevanı 2019-cu ilin 1 oktyabrından Beynəlxalq Valyuta Fondunun direktoru və beşillik dövrdə İcraçı Şuranın sədri vəzifəsinə seçib. Bu vəzifədə Kristin Laqardı əvəz etmiş Qeorqiyeva 1944-cü ildən – təşkilatın yarandığı andan BVF tərəfindən bazar iqtisadiyyatının formalaşdırıldığı ölkədən seçilən ilk başçı olacaq”, – deyə sənəddə qeyd edilir.

Bolqarıstanda doğulmuş K.Qeorqiyeva fondun rəhbərinin vəzifəsinə yeganə namizəd idi.

Beynəlxalq Valyuta Fondu payızda qurumun direktoru vəzifəsini tutmaq üçün müəyyən edilmiş yaş məhdudiyyətlərini ləğv edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *