Canavarlar həyətə hücum etdi: 17 heyvan öldü

Bərdədə canavarlar kənd sakininin heyvanlarına hücum edib.

Hadisə rayonunun Məmmədli kəndində, Ziyad Allahverdiyevin təsərrüfatında baş verib.

Tövləyə girən canavarlar 17 baş heyvanı öldürüb, 30 baş qoyunu isə yaralayıb.

Kənd sakinləri deyir ki, kənddə belə hadisələr tez-tez olur. Tədbirlər görülmədiyi üçün canavarlar həyətlərə girib sərbəst gəzirlər.

Kəndin baytar həkimi İbiş Kərimov bildirib ki, cəsədlər baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb. Yaralı heyvanlara isə lazımi tibbi yardım göstərilib.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *