Küçədə yaşayan 17 yaşlı Kamal dispanserə yerləşdirildi – AÇIQLAMA + VİDEO

Dünən azxeber.com informasiya portalında yayımlanan “17 yaşlı Kamal küçədə yaşayır, qarajların üstündə yatıb-durur – VİDEO” xəbərindən sonra tədbir görülüb.

Bu haqda saytımıza 147 saylı MKİS-in rəisi Ruhin Orucov məlumat verib.

Onun dediyinə görə, Kamal polisin və səhiyyə nazirliyinin əməkdaşlarının iştirakı ilə Maştağada yerləşən 1 saylı Ruhi Dispanserə yerləşdirilib.

“Sabunçu rayon icra hakimiyyəti tərəfindən tədbir görüldü. Həm saytınızda yayımlanan xəbərdən, həm də sakinlərin müraciətindən sonra Kamal dispanserə aparılıb və hazırda ora yerləşdirilib”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *