Yevlax kərpic zavodunun işçisi hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Yevlax rayonunun Gülövşə kəndi yaxınlığında yerləşən Kərpic zavodunda bədbəxt hadisə baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, ehtiyatsızlıq nəticəsində
zavodun 1994-cü il təvəllüdlü əməkdaşı Səfərov Həsrət Zaməddin oğlu
hündürlükdən yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Xəstəxanaya çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *