Bakıda naməlum şəxslər tərəfindən 2 nəfər bıçaqlanıb

Median.Az xəbər verir ki, Nərimanov ərazisində fəaliyyət göstərən gecə klubunun yaxınlığında naməlum şəxs tərəfindən Nahid Ağalarov (1988-ci il təv.) bıçaqlanıb. O, xəstəxanaya çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Bundan başqa, Yasamal rayonunda, 2 saylı Tibb Texnikumunun yaxınlığında naməlum şəxs Orxan Burciyevə (1963-cü il təv.) bıçaqla xəsarət yetirib.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb və həkimlər tərəfindən həyatı xilas edilib.

Faktlarla bağlı Nərimanov və Yasamal RPİ-də araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *