“İmamzadə”dən görün nə oğurlayıbmış

Gəncə şəhəri ərazisindəki “İmamzadə” ziyarətgahından oğurluqda şübhəli bilinən B.Pənahov saxlanılıb.

Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb.

Saxlanılan şəxs ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.//ölkə.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *