Kirkorov Bakı üçün özəl hazırlaşır

Oktyabrın 30 və 31-də Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

Median.Az axşam.az-a istinadən xəbər verir ki, F. Kirkorov Bakı Konqres Mərkəzində bənzərsiz transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 içtirakçı və 3D qrafikalı ekranlarla olan yeni “#ЦветНастроения” (“#Əhvalın
rəngi”) adlı konsert proqramını təqdim edəcək.

Proqramda yeni mahnılar, köhnə hitləri səsləndirəcəyini bildirən Kirkorov tamaşaçıları təəccübləndirəcəyinə söz verib. O, azərbaycanlı pərəstişkarları üçün sürprizlər hazırladığını söyləyib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *