Gəncədə mindən çox evdə qaz yoxdur

Gəncə şəhərinin T.Arani küçəsində su xətlərinin çəkilişi ilə məşğul olan təşkilata məxsus texnika qazıntı işləri apararkən diametri 110 millimetrlik qaz xəttini zədələyib.

Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, səhər saatlarından həmin ərazidə mindən çox abonentin qaz təminatı dayandırılıb. Qaz təchizatının saat 12:00 radələrində bərpası planlaşdırılır.//ölkə.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *