Şəki sakini Qaxda göldə boğulub

Bu gün axşam saatlarında Qax rayonu Lələli kəndinin inzibati ərazisində sünü göldə kişi meyiti tapılıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, aparılan araşdırma zamanı suda boğulan şəxsin Şəki rayon sakini 32 yaşlı Asiman Ağəli oğlu Məmmədovun olduğu məlum olub.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *