Abşeronda 31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Pirəküşkül qəsəbəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əliyev Ruslan Əli oğlu qonşusu tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *