İmişlidə yol qəzası olub, ölən var

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Bəcirəvan kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon Yalavac kənd sakini Səmədov Samir Ağalar oğlu idarə etdiyi İJ markalı motosiklet rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlunun idarə etdiyi “Mtz-82” markalı traktorla toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü ağır xəsarət alaraq dünyasını dəyişib.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *