Bakıda kişi ağacın altında qalaraq ağır xəsarət alıb

Bakının Nərimanov rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

1971-ci il təvəllüdlü Kazımov Etibar Şəmsəddin oğlu Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qarşısında ağac kəsib. Kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə ağır bədən xəsarətləri alan E.Kazımov 1 saylı Xəstəxanaya yerləşdirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *