Parkda quldurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev, oktyabrın 1-i saat 22 radələrində Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək, içərisində 130 manat pulunu və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov saxlanılıblar.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *