Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, traktorla VAZ markalı minik maşınının toqquşması nəticəsində rayonun Axtaçı kənd sakini, 1938-ci il təvəllüdlü Hümmətova Güləndər Əkbər qızı müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *