Bərdədə “VAZ-2107” ağaca çırpılıb, 2 nəfər ölüb

Median.Az xəbər verir ki, oktyabrın 3-ü gecə saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndində, Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. Onlardan – Emin Məmmədov və Elgün Kərimov orada ölüblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *