3×3 çempionatının iştirakçıları hansı komandalar olacaq?

Azərbaycanda basketbolun 3×3 növü üzrə çempionat keçiriləcək.

Reqlamentə əsasən, oktyabrın 10-da start götürəcək basketbol üzrə Azərbaycan Super Liqasının səkkiz komandası məcburi şəkildə bu çempionatda da iştirak edəcək.

Super Liqanın oyunçularına bu çempionatda da iştirak etməyə icazə veriləcək, yaş məhdudiyyəti qoyulmayacaq. Bundan başqa, 3×3 çempionatında komandaların sayı səkkizdən çox ola bilər. Çünki Super Liqada iştirak etməyən komandalara bu çempionatda mübarizə aparmaq hüququ da veriləcək. Çempionatın noyabrın ortalarında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Super Liqasında “Sərkərdə”, “Gəncə”, “Zirvə-Astara”, “Sıçrayış”, “80-lər”, U-20, “Atletik” və “Atom” komandaları iştirak edəcək.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *