Sabah Abşeron və Zərdabda qaz təchizatı dayandırılacaq

Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.

Median.Az-ın məlumatına görə, bu barədə report-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *