Mingəçevirdə baş verən qəzada bir nəfər xəsarət alıb

Mingəçevir şəhərində yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Aydın Məmmədovla 20 yanvar küçələrinin kəsişməsində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 1978-ci il təvəllüdlü Ellazov Aqil Lətif oğlu xəsarət alıb. Yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *