Bakıda “Opel”dən pul və telefon oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisində “Opel” markalı avtomobildən 1320 manat və mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *