Bakıda 5 avtomobildən oğurluq edən Gəncə sakinləri tutulub

Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi və 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 avtomobildən mobil telefon oğurlayan Gəncə şəhər sakinləri M.Məmmədov və R.Tağıyev saxlanılıblar.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *