Sumqayıtda qadın qonşusu tərəfindən bıçaqlanıb

Sumqayıt şəhərində qadın qonşusu tərəfindən bıçaqlanıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, qanlı hadisə şəhərin 18-ci məhəlləsindəki 1 saylı yataqxanada qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Şəhla Rəhimova qonşusu ilə aralarında yaranmış münaqişə zamanı bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.