Binə qəsəbəsində avtomobil piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Südçülük sovxozunun ərazisində 1999-cu il təvəllüdlü Əliyev Hikmət Rafət oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Ona sağ baldırının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.