Ağsuda it qadına hücum etdi – FOTO

Ağsuda qadını it dişləyib.

Hadisə Abbasxanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədova Xalidə Tapdıq qızı həyətdə iş görərkən itin hücumuna məruz qalıb. Qolları yaralanan qadın dərhal yaxınları tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardımdan sonra qadın evə buraxılıb.

Ailə iddia edir ki, itdə quduzluq əlamətləri var. Hətta həyətdəki toyuqlar da it tərəfindən boğulub.
/oxu.az/





Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *