Bərdədə yol qəzası baş verib, xəsarət alan var

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Opel” və “Mitsubishi” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Opel”də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *