Güclü külək Mingəçeviri bu vəziyyətə saldı — FOTO

Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib.
Median.Az
-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, təbiət hadisəsi zamanı böyük bir çinar ağacının iri budağı sınaraq qaz borusunun üzərinə aşıb. Nəticədə xeyir-şər evi kimi istifadə edilən obyektin qaz borusu və rabitə xətti sıradan çıxıb.

Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, beşmərtəbəli binanın önündəki çinar ağacları çoxdandır ki, təhlükə mənbəyidir. Hər dəfə külək əsəndə budaqlar sınıb həyətə düşür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *