Göyçayda 29 yaşlı gənci bıçaqlayan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

Göyçay rayonunda həmyerlisini bıçaqlayan şəxs tutulub.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, 1990-cı il təvəllüdlü Əbülfəz Nəcəfovu bıçaqlayaraq qaçan Göyçay şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşamış 1989-cu il təvəllüdlü Vasif Rüstəmov Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

***

Göyçayda bıçaqlanma hadisəsi olub.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu bıçaq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *