Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
1951-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Əmraslanov Yavər Ələmdar oğlunu yolu keçərkən avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır
Leave a Reply