Yevlaxda naməlum şəraitdə bıçaqlanan 17 yaşlı oğlan ölüb – YENİLƏNİB

Yevlax rayonunda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 17 yaşlı oğlan dünyasını dəyişib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, 2002-ci il təvəllüdlü Nazarov Rasim Abid oğlunun xəsarəti ağır olduğundan və çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.

***

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Nurnazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanaraq xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *